Niderlandda 1600-ə yaxın qaçqın uşaq itib
Kateqoriya məlum deyil
Niderlandda qaçqın düşərgələrindən 4,5 il ərzində təqribən 1600 uşaq itib.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, itmiş qaçqın uşaqların gələcək taleyi haqqında heç nə məlum deyil. İlkin ehtimala görə, uşaqlar insan alverçilərinin əllərinə düşə bilər. Uşaqların bir qismi Avropa ölkələrində yaşayan qohum və ya dostlarının yanına yollana bilər. İtmiş uşaqların əksəri Mərakeş, Əfqanıstan və Əlcəzairdəndir.






