Logo

İki ölkə arasında “zibil davası” başa çatdı

İki ölkə arasında “zibil davası” başa çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mayın 31-də Kanadaya məxsus tullantılar yüklənmiş gəmi nəhayət ki, Filippin sahillərini tərk edib. Zibil dolu konteynerlər yüklənmiş gəmi Kanada sahillərinə doğru hərəkət edib.

Qeyd edək ki, Kanada 2013-cü ildə qanunsuz olaraq Filippin ərazisinə atdığı zibilləri geri daşımaqdan imtina etdiyi üçün hələ bir neçə həftə öncə Filippin Kanadadakı səfir və konsullarını geri çağırmışdı.

Həmin vaxt ölkə XİN-i bəyan etmişdi ki, Kanadanın zibilləri yüklənmiş gəmi Filippin sahillərindən uzaqlaşmayana qədər bu belə davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR