Müller istefa verdi
21:14 / 29.05.2019
4940
ABŞ-ın xüsusi prokuroru Robert Müller istefa verib.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, iki il ABŞ-dakı seçkilərə Rusiya müdaxiləsi işini araşdıran təhqiqatçı rəsmi ofisin bağlanması və Ədliyyə Nazirliyindən çıxması ilə bağlı qərarı elan edib:
"Mən bu haqda tədqiqatlar davam etdiyi üçün ictimaiyyətə danışmırdım, bu gün ona görə açıqlama verirəm ki, araşdırmalar bitib. Biz xüsusi prokurorluğun biasını rəsmi şəkildə bağlayırıq və mən şəxsi həyatıma qayıtmaq üçün nazirliyi tərk edirəm”.
Xatırladaq ki, Müller apreldə iki illik təhqiqatlarını bitirib. O, ABŞ-dakı seçkilərə Rusiya tərəfindən müdaxilə olunduğunu iddia edirdi. Ancaq o, prezident Donald Trampın Rusiya ilə danışıqlar aparması ilə bağlı hər hansı sübut tapa bilməmişdi. Müller Trampın tədqiqatlar sırasında ədalətə müdaxilə edib-etməməsi barədə də bir qərara gəlməmişdi.