Paşinyan Qazaxıstan səfərini yarımçıq qoydu
Dünya
14:28 / 29.05.2019
1909
Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan paytaxtı Nur-Sultana səfər qrafikində dəyişiklik edib.
Məlumatı factor.am saytı yayıb. Paşinyanın bununla əlaqədar Nur-Sultanda dövlət başçılarının şərəfinə verilən şam yeməyində iştirak etməyəcəyi, eləcə də Qazaxıstandakı erməni biznesmenlərlə görüşməyəcəyi bildirilib.
Avrasiya İqtisadi Komissiyasının Kollegiya rəhbəri Tiqran Sarkisyanla görüşdən sonra onun yalnız bəyanatla çıxış edəcəyi və jurnalistlərin suallarını cavablandırmayacağı vurğulanıb. Görüşdən dərhal sonra Paşinyanın Ermənistana geri dönəcəyi bildirilib.
Hələlik Paşinyanın niyə belə dəyişiklik etdiyi açıqlanmayıb.