İranın ali dini liderinin nümayəndəsi qətlə yetirilib
11:25 / 29.05.2019
1970
İranın Kazerun şəhərində İranın ali dini lideri Ayətullah Xameneyinin bu şəhərdəki nümayəndəsi və şəhərin imam-cüməsi Məhəmməd Xorsənd qətlə yetirilib.
ONA-nın Tehran bürosunun məlumatına görə, qətl bu gün səhər saatlarında Fars əyalətinin Kazerun şəhərində M.Xorsəndin evinin qarşısında törədilib.
Naməlum şəxs bir neçə bıçaq zərbəsi ilə M.Xorsəndi ağır yaralayıb. Ruhani xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İran KİV-nin məlumatına görə, qətli törədən şəxsin kimliyi müəyyənləşdirilib və onun həbs edilməsi istiqamətində işlər davam etdirilir.