Saakaşvilidən David Gareci məsələsinə görə Gürcüstan hökumətinə CİDDİ ETİRAZ
12:03 / 28.05.2019
2269
"Hətta bu hökumətin şərtləri daxilində belə David Qareci məsələsi üzrə müzakirələrə qoşulmağa hazıram”.
ONA-nın yerli bürosunun məlumatına görə, bu bəyanatla Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili çıxış edib.
O bildirib ki, müzakirələr hər iki tərəfin maraqlarına uyğun aparılmalıdır.
Saakaşvili məsələnin həllinin uzanmasında Gürcüstan hökumətini ittiham edib: "Hakimiyyət dəyişəcək, amma gürcü və Azərbaycan xalqları qalacaq. Bu iki xalq qardaşdır və bu qardaşlıq tarix boyu dəfələrlə sübut olunub".
Sabiq prezident Gürcüstanla Azərbaycan arasında məqsədyönlü şəkildə gərginlik yaradılmağa çalışıldığını deyib.