Yaponiya ABŞ-dan 105 ədəd "F-35" qırıcısı alacaq
Dünya
17:10 / 27.05.2019
2073
Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın Baş naziri Sindzo Abe ilə birlikdə keçirdiyi görüşdə bəyan edib.
D.Tramp bildirib ki, 2018-ci ildə Yaponiya Amerika silahlarının ən böyük alıcılarından biri olub: "Və indi onlar 105 ədəd "F-35" qırıcısı almaq niyyətindədir" .
Qeyd edək ki, "F-35" qırıcısı nüvə silahı daşıya bilən çoxməqsədli döyüş vasitəsidir. ABŞ bu layihəni hazırlamaq üçün səkkiz ölkə ilə birlikdə çalışıb. Bunlar Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Hollandiya, Norveç və Türkiyədir.