Sərhəddimizdə antiterror əməliyyatı - 3 terrorist öldürüldü
Kateqoriya məlum deyil
Dağıstanda keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
"Qarşıdurma ərazisində avtomat silahlar və sursat tapılıb”, - məlumatda deyilib.
Terrorçularla baş vermiş atışma nəticəsində mülki əhali və təhlükəsizlik orqanları arasında ölən və ya yaralanan olmayıb.






