Atışmalarda 10 nəfər öldü
Kateqoriya məlum deyil
Meksikanın Oahaka və Tamaulipas ştatlarında 10 nəfər atışmanın qurbanı olub.
"Qafqazinfo" "Golfo Pacifico" agentliyinə istinadən xəbər verir ki, Oahaka ştatının prokuroru bildirib ki, naməlum silahlılar Teuantepekdə 6 nəfərə atəş açıblar. Nəticədə onların hamısı həlak olub.
Tamaulipas ştatının Dias-Ordas bələdiyyəsində də hərbçilər avtomobillə təqib etdikləri cinayətkarlarla atışmaya başlayıb. Atışma zamanı qruplaşmanın 4 üzvü qətlə yetirilib, həmçinin hərbçilərdən 1-i yaralanıb.






