Logo

ABŞ kəşfiyyatı Ordumuzun strateji yüksəkliyi tutmasından danışdı

ABŞ kəşfiyyatı Ordumuzun strateji yüksəkliyi tutmasından danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir".

ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu

istiqamətində strateji əhəmiyyətli “Odundağ” yüksəkliyində nəzarəti əldə etməsindən yazıb.


ANS PRESS-in məlumatına görə, “Stratfor” yazır ki, bu ilin yanvar ayında Azərbaycan Ordusu Tavuş 

vilayətinin şimal hissəsində manevr edərək Qazax rayonu ilə ErmənistanınNoyemberyan yaşayış məntəqəsi

arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyini ələ keçirdi.


"Sərhədin bu hissəsində relyef mürəkkəbdir, minalar ərazini daha da təhlükəli edir. "Odundağ" yüksəkliyində

nəzarətin təmin edilməsi münaqişənin birbaşa komponenti olmadığına görə, monitorinq missiyası buna az

hallarda diqqət yetirir", - “Stratfor” bildirir.

ABŞ kəşfiyyatı Ordumuzun strateji yüksəkliyi tutmasından danışdı
"Stratfor"un təqdim etdiyi xəritə

ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Ordusu tərəfindən 

ələ keçirilməsi faktını təsdiqlədiyini bəyan edib: "Bu yüksəklik bölgəni nəzarət altında saxlamaq üçün çox

vacibdir. Ən əsası, post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir".


Yanvarın 25-də Azərbaycan Müdafiə Nazirliyi yüksəkliklərdən birinin Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi barədə məlumatı təsdiqləyib.

ABŞ kəşfiyyatı Ordumuzun strateji yüksəkliyi tutmasından danışdı
"Odundağ" yüksəkliyi

MN bildirir ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın

Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ”

yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə

edilməsi barədə məlumat yayılıb.


"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən, həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün

bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib",

- deyə MN-in məlumatında qeyd olunur.


Azərbaycan və Ermənistan sərhədi, yüksəkliyin ələ keçirildiyi bölgə
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR