Logo

“Ford” 19 min avtomobili geri çağırır

“Ford” 19 min avtomobili geri çağırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın qabaqcıl avtomobil istehsalçısı "Ford” Çindəki müştərək müəssisəsində istehsal olunan 19 min avtomobili mühərrik nasazlıqlarına görə geri çağırmağa başlayıb.

Sfera.az  AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Mayın 6-dan başlanan proses zamanı ötən ilin sentyabr-dekabr aylarında istehsal olunmuş "Escort” modeli avtomobillər geri çağırılır. Bildirilir ki, həmin avtomobillərin mühərrikini işə salan qurğudakı nasazlıqlar qısaqapanmaların yaranmasına və nəticədə mühərrikin alovlanmasına səbəb ola bilər.

"Ford”un Çindəki müştərək müəssisəsi olan "Changan Ford Automobile” nasaz hissələri öz hesabına dəyişəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR