Logo

Universitetə silahlı hücum: 2 ölü

Universitetə silahlı hücum: 2 ölü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da Şimali Karolina Universitetində təşkil olunan silahlı hücumda 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə ABŞ mətbuatında xəbərlər yer alıb.

Xəbərlərə görə, Şimali Karolina Universitetinin Şarlott şəhərciyində silah səslərinin eşidilməsi ilə hadisə yerinə polis və tibb briqadaları cəlb edilib.

Meklenburq Təcili Tibb Xidmətləri Agentliyindən hadisədə 2 adamın həyatını itirdiyi, 2-si ağır olmaqla, 4 nəfərin də yaralandığı bildirilib. Hadisənin qurbanlarının kimliklərini hələ açıqlamayan polis rəsmiləri bir şübhəlinin saxlanıldığını qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR