Logo

Molla atanın girov götürdüyü azyaşlı qızı xilas etdi –İbrətamiz... -FOTO

Molla atanın girov götürdüyü azyaşlı qızı xilas etdi – İbrətamiz... -FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

O, Daxili İşlər Nazirliyinin rəmzləri olan qol saatına layiq görülüb...

Qaraqanda mərkəzi məscidinin imamı girovun azad edilməsi üçün polislərə kömək göstərdiyinə görə  Daxili İşlər Nazirliyinin rəmzləri olan qol saatına layiq görülüb.

Bu barədə Qazaxıstanın "NewTimes.kz" xəbər agentliyi Qaraqanda vilayət Polis Departamentiniin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, vilayət Polis Departamentində 2019-cu ilin birinci kvartalında əməliyyat və xidmət fəaliyyətinin yekunlarına həsr olunmuş  geniş müşavirə keçirilib.

Rəsmi yığıncağın əvvəlində Polis Departamenti rəisi vəzifəsini icra edən polkovnik Yerlan Fayzullin şəhər mərkəzi məscidinin imamı Omirzak Bekkojunu mükafatla təltif edib. O, rəhbərliyin adından girovun xilas edilməsi zamanı yaranmış ekstremal vəziyyətdə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək polisə kömək göstərdiyi üçün  din xadiminə təşəkkür edib.

Belə ki, aprelin 17-də bir ailə münaqişəsindən sonra 34 yaşındakı Qaraqandalı kişi  mənzildən qohumlarını qovaraq azyaşlı qızını girov  götürüb. Olayın  təhlükəsiz sonluqla bitməsi  üçün polis şəhərin bütün ekstremal xidmətlərini hazırlıq vəziyyətinə gətirib. Həmçinin, rəhbərlik girovun xilas edilməsindən ötrü planlaşdırılmış əməliyyat həyata keçirib. Məscid imamının da iştirakı ilə keçən uzun danışıqlardan sonra   xüsusi təyinatlı qüvvələr cinayətkarı zərərsizləşdirib və girovu xilas edib. Əməliyyat nəticəsində heç kim zərər görməyib.Moderator

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR