Logo

Türkün daha bir düşməni: Portuqaliya "erməni soyqırımı"nı rəsmən tanıdı - FOTO + ölkələrin SİYAHISI

Türkün daha bir düşməni: Portuqaliya "erməni soyqırımı"nı rəsmən tanıdı - FOTO + ölkələrin SİYAHISI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən Portuqaliya parlamenti qondarma erməni soyqırımının tanınması haqda qətnamə qəbul edib. Portuqaliya parlamentində qəbul edilən qərarda bildirilir ki, Osmanlı hakimiyyətinin öz ərazisində erməni azlıqlarına yönəltdiyi sistematik məhvetmə tarixi beynəlxalq ictimaiyyət tərəfindən qınanılır və XX əsrin ilk soyqırımı olub.

Qeyd edək ki, bu qətnamə Portuqaliya parlamentidə təmsil olunan bütün siyasi qüvvələr tərəfindən dəstəklənib.

Onu da bildirək ki, ötən gün ABŞ-ın Kolorada ştatı da anoloji qərar qəbul edib.

Qondarma erməni soyqırımını tanıyan ölkələr bunlardı:

Uruqvay -  20 aprel 1965, 2004, 2005

Cənubi Kipr - 1982

Argentina  - 1993, 2003, 2004, 2005, 2006, 2007

Rusiya -  1995, 22 aprel 2005

Yunanıstan -  25 aprel 1996

Kanada - 1996, 2000 və ən son olaraq 21 aprel 2004

Livan - 1997, 11 may 2000

Belçika - 26 mart 1998

Vatikan - 2000

İtaliya - 17 noyabr 2000

Fransa - 18 yanvar 2001

İsveçrə -  16 dekabr 2003

Slovakiya - 30 noyabr 2004

Hollandiya - 21 dekabr 2004

Polşa - 19 aprel 2005

Almaniya - 1 iyun 2016

Venesuela - 14 iyul 2005

Litva - 15 dekabr 2005

Çili - 2007

Boliviya - 2014

Braziliya - 2015

Lüksemburq - 2015

Bolqarıstan -2015

Avstriya -  2015

Suriya - 2015

Portuqaliya - 2019

Bundan başqa  ABŞ-da "soyqırım"ı tanıyan ştatların sayı 30-dan çoxdur.

"Erməni soyqırımı"nı tanıyan beynəlxalq təşkilatlar arasında Avropa Parlamenti də yer alır. Bu qurum "erməni soyqırımı"nı 1987-ci ildə tanıyıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR