Logo

İsrail parlamentinin üzvləri hökuməti “erməni soyqırımı”nı tanımağa çağırdı

İsrail parlamentinin üzvləri hökuməti “erməni soyqırımı”nı tanımağa çağırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Knessetin bir neçə üzdəniraq üzvü İsrail hökumətini erməni soyqırımını tanımağa çağırıb.

Bu haqda "Yerusalem post” nəşri yazıb.

"İsrailin erməni xalqının "soyqırımı”nı rəsmən tanıması və Türkiyə tərəfindən ölkəmizə təzyiq göstərilməsinin qarşısını almağın  vaxtı gəlib. Bizim "soyqırım”ı xatırlamaq və "bir daha heç vaxt" şüarını dəstəkləmək üçün mənəvi və tarixi məsuliyyətimiz var. Bu, hər bir xalq üçün doğru yoldur ", - deyə "Yesh Atid” partiyasının sədri, deputat Yair Lapid öz mikrobloqunda yazıb.

"Meretz” partiyasından olan digər ermənipərəst Knesset üzvü Mossi Raz isə  belə yazıb: "Bu gün erməni xalqının soyqırımını xatırlayırıq. Onların üçdə biri türklər tərəfindən öldürülüb. İsrailin "erməni soyqırımı”nı rəsmən tanıması vaxtı çatıb..."Moderator

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR