Logo

Zelenski: "Baş prokuroru vəzifəsindən uzaqlaşdıracağam"

Zelenski: "Baş prokuroru vəzifəsindən uzaqlaşdıracağam"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynada prezident seçkilərinin ikinci turunda "exit-poll”un nəticələrinə görə qalib gələn Vladimir Zelenski keçirdiyi brifinqdə maraqlı açıqlamalar verib.

O, Prezident Administrasiyasında kifayət qədər ixtisarlar aparacağını bəyan edib.

"Andiçmə mərasimindən sonra kadr siyasəti ilə bağlı qərarlar verəcəyəm. Öncə Ukraynanın Baş prokuroru Lutsenkonu vəzifəsindən uzaqlaşdıracağam. Lutsenko köhnə komandadır, yeni simalar gətiriləcək”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll”un ilkin nəticələri açıqlanıb.

Ukraynanın yerli təşkilatlarının apardığı "exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 73,2, Petro Poroşenko isə 25,3 faiz səsini toplayıb.

Mərkəzi Seçki Komissiyası isə yekun və rəsmi nəticələri mayın 1-dək elan edəcək.

(AZƏRTAC)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR