Türkiyədə Kamal Kılıçdaroğluna hücum edən kim olub? - VİDEO
Kateqoriya məlum deyil
Ankara yaxınlığında gərgin dəqiqələr
Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində CHP sədri Kamal Kılıçdaroğluna hücum ediblər.
Hakkaridə terrorçular tərəfindən qətlə yetirilmiş əsgər Yener Kırıkçının dəfnində xoşagəlməz anlar yaşanıb.
Çubuk rayonunun Akkuzu məhəlləsindəki dəfn mərasimində Ankara böyük şəhər bələdiyyəsinin sədri, CHP üzvü Mansur Yavaşla birlikdə partiyanın sədri Kamal Kılıçdaroğlu da iştirak edib. Bir qrup şəxs Kılıçdaroğluna hücum edərək, ona zərbələr endirib.
Hazırda CHP sədrinin vəziyyətinin kafi olduğu bildirilir.






