Logo

Yerevanda atışma: Millinin qapıçısı öldürüldü

Yerevanda atışma: Millinin qapıçısı öldürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən axşam saatlarında Yerevanın mərkəzində, Lepseus küçəsində atışma olub.

News.am saytı xəbər verir ki, ağır güllə yarası almış 3 nəfər - 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya gətiriliblər.

Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin "Ararat -2” futbol komandasının və Ermənistan millisinin 19 yaşlılardan ibarət komandasının  qapıçısı olduğu bildirilib.

Güllələnən üç nəfərin BMW markalı avtomobildə olduğu və maşının güllə yağışına tutulduğu qeyd edilir.

Yaralanmış digər iki nəfərin əməliyyat olunduğu bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR