Logo

Vladimir Putin gəlirini və əmlakını AÇIQLADI

Vladimir Putin gəlirini və əmlakını AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin 2018-ci il üçün gəlirlərini və sahib olduğu əmlakın siyahısını açıqlayıb.

"Ölkə.Az” xəbər verir ki, bu barədə Kremlin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məlum olub ki, 2018-ci ildə Putinin gəliri 8.65 milyon (230 min manat) rubl olub.

Rusiya prezidentinin mülkiyyətində iki mənzili (77 kvadrat metr və 153,7 kvadrat metr) və iki qarajı var. Dövlət başçısı QAZ-M2 və "Niva” avtomobillərinə sahibdir.

Rusiyanın baş naziri Dmitri Medvedevin gəliri isə Putinin qazancından 1,3 milyon rubl az olub.

Dmitri Medvedevin istifadəsində 47 sot torpaq sahəsi, mülkiyyətində isə sahəsi 367,8 kvadrat metr olan mənzil və iki avtomobil – QAZ-20 və QAZ-21 var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR