Logo

Ermənistanda hərbçiləri daşıyan yük maşını qəzaya uğradı

Ermənistanda hərbçiləri daşıyan yük maşını qəzaya uğradı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Sünik vilayətində ZİL markalı hərbi yük maşını qəzaya uğrayıb. Nəticədə, on nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Naməlum şəraitdə Mehridən Naxçıvan sərhədinə gedən yolda üzərində Ermənistan Müdafiə Nazirliyinin nömrə nişanları olan ZİL avtomobili yoldan kənara çıxıb və aşıb. Əsasən sınıq xəsarətləri almış 10 nəfər Mehridəki tibb mərkəzinə çatdırılıb.

Hadisə yerində hərbi polis işləyir, yaralıların və sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR