Logo

Ərdoğan Moskvaya gedir - Putinlə nədən danışacaq?

Ərdoğan Moskvaya gedir - Putinlə nədən danışacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident hava limanında jurnalistlərə cavab verib

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskavaya səfəri başlayır. Səfərdən öncə dövlət başçısı Atatürk hava limanında jurnalistlərin suallarına cavab verib.

O qeyd edib ki, Rusiya ilə yaxından təmasdadır. İki ölkə arasında əməkdaşlıq güclənib və bu münasibətlər getdikcə daha da genişlənəcək.

R.T.Ərdoğan bu il başlayandan Rusiya prezidenti Vladimir Putinlə iki dəfə təkbətək görüşdüyünü xatırladıb: "Bu, 2019-cu ildə üçüncü görüşümüz olacaq. Görüşdə iki ölkə arasındakı əlaqələri, Suriyadakı vəziyyət başda olmaqla bölgə və dünyada baş verən prosesləri müzakirə edəcəyik.

Səfərdə iqtisadi münasibətləri də necə inkişaf etdirə biləcəyimiz barəd fikir mübadiləsi aparılacaq. Putin ilə iş adamlarına xitab edəcəyik".

İki liderin görüşündə viza məsələsi də gündəmdə olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR