Camal Qaşıqçının övladlarına aylıq maaş təyin olundu - İddia
Kateqoriya məlum deyil
Jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra istintaqı yekunlaşdırmayan Səudiyyə Ərəbistanı rəhbərliyi ilə bağlı iddia ortaya atılıb.
Bildirilir ki, Camal Qaşıqçının 4 övladına ayrı-ayrı ev verilib. Bundan əlavə jurnalistin övladlarına aylıq maaş da təyin olunub.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı iqtidarı bununla Camal Qaşıqçının övladlarının danışmaması üçün addımlar atır.






