İmamoğlu \"İstanbulu mən qazandım\", bəyanatı verdi
09:47 / 01.04.2019
5318
İstanbul Böyük Bələdiyyə Başqanı seçkilərində qəribə bir proses baş verməkdədir.
Belə ki, AKP namizədi, sabiq baş nazir Binali Yıldırım televiziyada canlı yayında seçkini qazandığını desə də, istər prezident Rəcəb Tayyib Ərdoğanın çıxışında, istərsə də digərlərin çıxışlarında bu fakt təsdiqləməyib.
Bunun əvəzində, Binali Yıldırımın rəqibi, Millət İttifaqından namizəd olan gənc CHP-li Əkrəm İmamoğlu seçkini qazandığını bəyan edib.
Ekspertlər də qeyd edirlər ki, Ərdoğanın balkon çıxışı Böyük Şəhər Bələdiyyə sədr seçkilərinin əldən getməsi ilə bağlı verilən mesajlarla dolu idi.
Gecənin irəliləyən saatları olmasına baxmayaraq, musavat.com bildirir ki, Türkiyə televiziya kanalları canlı yayında verilişlərini davam etdirirlər, lakin indiyə qədər İstanbulla bağlı nəticələr birmənalı olaraq elan olunmayıb. Bunun da səbəbi hər halda Binali Yıldırımın qeyd etdiyi kimi AKP-nin İstanbulda qalib gələ bilməməsidir.