Logo

Türkiyədə seçkilər zamanı atışma: 2 nəfər öldü

Türkiyədə seçkilər zamanı atışma: 2 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin Malatya əyalətinin Poturge rayonunda seçkilər zamanı atışma baş verib.

Sfera.az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 2 nəfər həlak olub. İnsidentin səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə 13 partiya iştirak edir.

Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası qatılıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR