Logo

İran dəyişiklik ərəfəsində: Dini liderin xalq tərəfindən seçilməsi tələb olunur

İran dəyişiklik ərəfəsində: Dini liderin xalq tərəfindən seçilməsi tələb olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezidentin səlahiyyətləri rəhbərə (Vəliyyi-i Fəqh) verilsin və rəhbəri də xalq seçsin.

Axar.az xəbər verir ki, bu açıqlama ilə iranlı siyasətçi Mustafa Taczadə çıxış edib. Taczadə İranda tək gücün var olmasının lazımlılığından danışaraq, ölkənin ali dini liderinin xalq tərəfindən seçilməsinin labüd olduğunu vurğulayıb:

"Səlahiyyətin iki nəfərdə olması gözlənilən faydanı vermədi. Bu problemin səbəbi ortadadır. Rəhbər ölkəni "mən idarə etməliyəm” deyir. Prezidentin səlahiyyəti Ali dini liderə verilməlidir”.

Qeyd edək ki, son vaxtlar İranda prezidentin xalq tərəfindən deyil, parlament tərəfindən seçilməsi məsələsi gündəmə gəlib. Hazırda İranın ali dini lideri Ayətullah Əli Xamneyidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR