Ordu elektrik enerjisini nəzarətə götürdü
Dünya
10:24 / 11.03.2019
2316
Venesuelanın paytaxtı Karakas şəhərində və bir çox vilayətdə elektrik kəsintiləri davam edir.
Bildirilir ki, artıq elektriklərin kəsilməsi ölkədə geniş vüsət alıb. Artıq Venesuela ordusunun məsələyə əl qoyduğu açıqlanıb.
Qeyd olunub ki, Venesuela ordusu elektrik stansiyalarını havadan və qurudan mühafizəyə başlayıb.
"Buna səbəb hansısa təxribatın və hücumların qarşısını almaqdır”, - deyə rəsmi açıqlamada diqqətə çatdırılır.