Pentaqon-Rotşildlər savaşı dünyanın hər yerini bölür - ARAŞDIRMA

Pentaqon-Rotşildlər savaşı dünyanın hər yerini bölür - ARAŞDIRMA
Ergün Diler

"Takvim”, Türkiyə

Daha öncə bu barədə çox yazdım. Saxlanıldıqdan və həbs olunduqdan sonra paylaşdım. Sonra hadisə baş verdi. Prezident Tramp Ağ Evdə Prezident Ərdoğandan rahib Bransonu soruşdu və buraxılmasını xahiş etdi.

Türkiyə uzun müddət bu məsələni məhkəmələrin həll edəcəyini bildirdi. Onlar Güləni, Ankara da Bransonu vermirdi. Onlar "Biz məhkəmələrin işinə qarışa bilmərik” deyir, bizimkilər də eyni tonla cavab verirdi.

Branson özəl bir adam idi və türklərdən heç qopmurdu. Bu məsələni bir az açaq və maraqlı nöqtələrə doğru gedək.

MUOS (Mobile User Objective System) adlandırılan hərbi peyk kommunikasiya sistemi – texnologiyası var. Pulu Rokfeller ailəsi verir, texnologiyanı "Lockheed Martin” gətirir və düzəldir.

Kosmosdan dünyanın hər bir nöqtəsini müşahidə və təqib etməyə imkan verən bu sistem eyni zamanda böyük bir hücum mexanizmidir. Sistemin problemsiz işləməsi üçün Havay adaları, Virciniya, Kocarena (Avstraliya) və Niscemidəki (İtaliya) dörd quru stansiyası ilə əlaqəsinin qüsursuz çalışması lazımdır.

Roberta Pinotti də bunu görür, məlumatı Rotşild ailəsilə paylaşır və İtaliyanın Müdafiə naziri təyin edilərək (!) sistemin önünə keçir.

MUOS-un Siciliyadakı kiçik Niscemi şəhərində yerləşən bazasının neytrallaşdırılması Roberta Pinotti tərəfindən həyata keçirildi. Yəni, o, sistem üçün çalışan Stiv Bennona, Pentaqonun dahi "uşağı”na qalib gəldi. Əslində, onun vəzifəyə gətirilməsinin səbəbi elə bu idi.

Lakin Pentaqon quruda yerləşdirilən 4 stansiyanın alternativlərini də hazırlamışdı. Niscemidəki bazanın alternativləri kimi Pirqos (Yunanıstan, Egey dənizindəki Santorini adasında yerləşən kənd – tərc.) və İzmir (Türkiyə) nəzərdə tutulmuşdu. Pentaqon bu iki ölkədən birini seçməli idi. Yunanstanın hamısının Rotşild ailəsinin əlində olduğunu nəzərə alsaq, yeganə alternativ İzmir idi. Başqa çarələri yox idi.

İzmir NATO bazalarına görə də Pentaqon üçün çox önəmli şəhərdir. MUOS üçün də bu gün vaz keçilməz bir nöqtədir.

Türkiyə rahib Bransonun terror təşkilatları ilə əlaqələrilə bağlı 2 il zaman sərf etdi. Əslində Bransonun öncəlikli vəzifələrindən biri İzmirdəki NATO bazasını MUOS bazası halına gətirə biləcək ifrastrukturu təmin etmək idi. O da bunu böyük ölçüdə təmin etdi. Doğrusu, ondan sonra alındı, buraxıldı və ölkəsinə getdi.

Cidd-cəhdlə adi bir keşiş kimi görünməyə çalışan Branson ABŞ-da krallar kimi qarşılandı. Prezident Tramp tərəfindən qarşılanan Brunson Ağ Evdə qəbul edildi. Dövləti onu bağrına basdı. Ancaq o, yenə də hamını təəccübləndirdi. Belə ki, həyat yoldaşı ilə birlikdə gedib Macarıstan vətəndaşı oldu. Orada dini fəaliyyətinə davam edəcəyini açıqladı.

ABŞ vətəndaşı gedib Macarıstan vətəndaşı olurdu. Lap əvvəldən Sorosla mübarizə aparan, "Köçləri Soros təşkil edir. Avropanı yıxacaq, bütün qurumları ələ keçirəcək” deyərək, dünyaya xəbərdarlıq edən Viktor Orbanın ölkəsinin vətəndaşı olurdu. Orban köç dalğalarından şikayət edir, qaçqınları tikanlı məftillə mühasirəyə alır, ancaq Branson da ölkəsinə gəlirdi.

1990-cı illərin ortalarından İzmirdə yaşayan Branson indi qaçqınlar üçün Macarıstana gəlirdi. Həm də həyat yoldaşı ilə birlikdə vətəndaşlıq alaraq…

Türkiyədə həyat yoldaşı ilə birlikdə saxlanmışdılar. Həyat yoldaşı iki həftə sonra sərbəst buraxıldı, özü isə həbs edildi. Sanki "Burda nə var ki? Adam ölkə dəyişdirmiş, keşişliyə davam edəcək” dediyinizi eşidirəm. Təxmin edirəm ki, yazını oxuyarkən ağlınızdan bu keçəcək.

Öncə Bransonun Macarıstan vətəndaşlığı alması haqqında məlumat gəldi. Bu məlumatı dostlarım çatdırdı. Yazmadım, çünki arxa planında nə olduğunu bilmirdim. Gözlədim.

Məni maraqlandıran o idi ki, "bizim Branson” Macarıstana nə üçün gedir? Həyat yoldaşı, uşaqları nə üçün oranı seçir? ABŞ-da qəhrəman olan biri bunu nə üçün edər ki? Görəsən, bura yeni tapşırıq yeridirmi? Deyəsən, bəli.

Tapşırıqlarını sonra yazarıq. İndi bizi maraqlandıran bölümə keçək.

Rahib Branson Macarıstana enər-enməz onu türk iş adamları qarşılayır. Ətrafına yığışırlar, rahatlığın təmin edirlər. Hər cür dəstək verəcəklərini açıq və aydın söyləyirlər. Bu iş adamları arasında çox yaxından tanıdığınız şəxslər də var. Bu, elə-belə deyil, burada keşişlə yan-yana durmaq istəməyənlər Macarıstanda onunla qucaqlaşdı. Bir növü, sanki birlikdə əməliyyat keçirmək üçün and içdilər. Qaçqınlardan, türklərdən istifadə edilərək orada bir addım atılacaq. Hazırlıq görülüb. Keşiş yollanıb, pulu verəcək olan türklər əmrləri alıb.

"Dərin ABŞ”ın rolları bölüşdürməsindən sonra çox sayda türk orada növbəyə durub. İzmiri Pentaqona verən, MUOS-un infrastrukturunu quran keşiş və türk komandası indi Macarıstandadır. Görəsən, 20 il İzmirdə Bransona dəstək verənlər bu siyahıda var idimi? Hansı məşhur ailələr qorxmadan Bransonun arxasınca gedirdi? Macarıstanda toplaşma yerləri hara idi? Və daha önəmlisi, Türkiyədə bunu bilən və təqib edən var idimi?

Çox yaxında bu məsələ ilə əlaqədar bütün detallar məndə olacaq. Bu, sadəcə öncədən edilən qeydlərdir. Bütün siyahı gələn zaman onu sizinlə bölüşəcəm. Bir neçəsi məni rəsmən şoka saldı. Baxaq, görək, hamısını yazanda nə olacaq? Görəcəyik…

İndi isə keşişi buraxıb, Səudiyyə Ərəbistanına keçək. Çünki düyün orada çözüləcək. Orada işlər əməli-başlı qarışdı. MKİ direktoru Cina Haspelin birbaşa xanədanı təhdid etməsi səbr kasasını daşırdı. Daşırdı, ancaq "daşanlar”ı kimin toplayacağı məlum deyil. Vəliəhd-şahzadə Məhəmməd bin Salman (MBS) meydan oxuyur. Onun atasını zəhərləməyə çalışması haqqındakı iddia sarayda bomba kimi partladı.

Lakin məlumat sızdırılmır. Vəliəhd-şahzadə Salman Rotşildlərin təzyiqi ilə balans tərəfdarı olan atasından xilas olmağamı çalışır? İddia çoxdur. Vəliəhd-şahzadə atası, yəni Kral Salman Misirdə olarkən "Vəkil Kral” imzası ilə bir çox vəzifəyə təyinat etdi. Və on illər ərzində görünməyən bir şəkildə önə çıxdı. Atasının vəkaləti ondadır deyə, qaza basıb getdi. Atası, yəni Kral Salman da vəliəhd-şahzadənin təyinatı ilə 30 mühafizəçidən qurtuldu. MBS onların hamısının vəzifəsinə son verdi. Heç birinə etibar etmirdi. Çünki MKİ fasiləsiz məlumat verir, digər kəşfiyyat təşkilatlatı da əksini çatdırırdı.

Ağ Ev necə iki hissəyə ayrılıbsa, Səud xanədanı da eləcə iki hissəyə ayrılıb. Hər yer ikiyə bölünmüş durumdadır. Camal Xaşuqci hadisəsi və "islahat” həmlələrilə gündəmdən düşməyən Səudiyyə Ərəbistanında Kral Salman bin Əbdüləzizlə oğlu vəliəhd-şahzadə Məhəmməd bin Salman arasındakı böhran artıq aydan belə görünməkdədir.

Harada olacağını bilmirəm, ancaq mənə elə gəlir ki, bu yaxınlarda önəmli şəxslər zərər görəcək. Qəribə şeylər olacaq. Qəribə ölümlər kimi… Kim öləcək? Bilmirəm. Ancaq gedişat yaxşı deyil. Gərginlik çox artdı.

Deyəsən, gərginliyin azalması böyük hadisələrlə olacaq. Elə görünməkdədir. Baxaq, görək, nə olacaq.

Hamı meydandadır. MKİ türkcə bilən çox adamı işə götürdü. Görəsən, nə edəcək, onlardan harada istifadə edəcək? Yaxınlarda anlayacağıq…

Tərcümə Strateq.az-ındır


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...