Logo

Dəhşətli qəzada deputatın arvadı və övladları öldü

Dəhşətli qəzada deputatın arvadı və övladları öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Efiopiyadan Keniyaya uçan "Ethiopian Airlines” şirkətinə aid Boinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Efiopiya Nazirlər Kabineti sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

"Təyyarədə 157 sərnişin olub. Baş nazirin ofisi hökumət və xalqın adından təyyarədə yaxınlarını itirən ailələrə başsağlığı verir”, - baş nazir Abiy Əhməd Əli Tvitter səhifəsində yazıb.

Efiopiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan 3-ü Rusiya vətəndaşıdır.

Qəzaya uğrayan təyyarədə Slovakiya parlamentinin deputatı Anton Qrnkonun həyat yoldaşı, oğlu və qızı da həlak olub.

Bu barədə deputatın özü Feysbuk səhifəsində məlumat paylaşıb.

Ümumilikdə isə 35 ölkə vətəndaşının dəhşətli olayda dünyasını dəyişdiyi deyilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR