Dünyanın ən yaşlı adamı kimdir?
Dünya
14:15 / 09.03.2019
3708
"Ginnes”in rekordlar kitabına yeni rekord qeyd alınıb. 116 yaşlı yapon qadın Kane Tanaka planerin ən yaşlı sakini kimi qeydə alınıb.
Sfera.az xəbər verir ki, Tanaka 1903-cü il yanvarın ikisində çoxuşaqlı ailədə anadan olub. 1922-ci ildə o, Hideo Tanaka ilə ailə qurub və dörd uşaq dünyaya gətirib. Daha bir uşağı isə himayələrinə alıblar.
Kane hər gün səhər 6-da yuxudan durur və riyazi tənlikləri həll etməyi sevir. Hazır qadın Fukuokedəki qocalar evində yaşayır. Bundan əvvəlki ən yaşlı sakin Çiyo Miyako 117 yaşında ölüb.