“Netanyahu korrupsionerdir? Amma bizim pulumuzu verir” - Video

“Netanyahu korrupsionerdir? Amma bizim pulumuzu verir” - Video
Şimali Koreya lideri Kim Çen In ilə zirvə toplantısından sonra Hanoidə mətbuat konfransı keçirən ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında qalmaqallı açıqlamaları ilə yadda qalıb.
 
Sfera.az xəbər verir ki, Tramp  israilli müxbirin sualına sual dolu cavab verib.   Donald Tramp jurnalistin İsrail rejimi Baş naziri Benyamin Netanyahunun korrupsiya ittihamı ilə bağlı sualına belə cavab verib:  
 
"O, ecazkar baş nazirdir. Gözəl işlər görüb. Ağıllı və güclüdür. ABŞ-dan bir çox hərbi avadanlıq alıblar və pulunu ödəyiblər. Netanyahu korrupsionerdir? Amma bizim pulumuzu verir ".   Tramp, həmçinin İsrail ilə Fələstin arasında danışıqlara dair sualları cavablandırarkən, prosesin dünyadakı ən çətin razılaşma olduğunu söyləyib:   "Mən bu razılaşmanı sevirəm. İsrail ilə fələstinlilər arasında sülhdə yaxşı rolumuz var". 
 

OXŞAR XƏBƏRLƏR