Hindistan Pakistana məxsus PUA-nı vurdu - Foto

Hindistan Pakistana məxsus PUA-nı vurdu - Foto
Ötən gecə Hindistan ordusu Pakistan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparatı vurub.  
 
Məlumata əsasən, Pakistana məxsus PUA Hindistanın Qucarat ştatının Pakistanla sərhədində yerləşən Katç rayonun Ambasa kəndində vurulub.   Xatırladaq ki, Hindistan HHQ-ri bu gün Pakistan ərazisində bir neçə məntəqəyə aviazərbələr endirib. Hindistan tərəfinin iddiasına əsasən, aviazərbələr nəticəsində çox sayda terrorçu öldürülüb.  
 
Qeyd edək ki, fevralın 14-də "Ceyşul Məhəmməd” adlı terror qruplaşması Hindistanın nəzarət etdiyi Cəmmu və Kəşmir vilayətinin cənubunda terror aktı törədərək, 50-ə yaxın hindistanlı hərbçinin ölümünə səbəb olub. Bu terror aktından sonra Hindistan Pakistanı ittham edib və iki ölkə arasında gərginlik artıb. 



OXŞAR XƏBƏRLƏR