Tramp Türkiyəyə səfir təyin etdi

Tramp Türkiyəyə səfir təyin etdi
ABŞ prezidenti Donald Tramp karyeralı diplomat Maykl Satterfildin Amerikanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri postuna namizədliyini irəli sürüb.

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir. 

Qeyd olunur ki, Satterfildin namizədliyi baxılması üçün ABŞ Konqressinin yuxarı palatası olan Senata təqdim edilib. Senat Trampın təyinatını təsdiqləsə, Satterfild ABŞ-ın Türkiyədəki səfiri olacaq. 

Maykl Satterfild 2017-ci ildən etibarən ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi səlahiyyətlərini icra edir. Bunadək isə diplomat dövlət katibinin Liviya üzrə xüsusi məsləhətçisi olub, ABŞ-ın Misir, İraq, Livan, Suriya və Səudiyyə Ərəbistanındakı səfirliklərində çalışıb. Ərəb, fransız və italyan dillərini bilir. 

Xatırladaq ki, Amerikanın Türkiyədəki səfiri postu 2017-ci ilin oktyabrından bəri boşdur. 

OXŞAR XƏBƏRLƏR