Müharibə başladı: Şəhər bombalandı - Foto

Müharibə başladı: Şəhər  bombalandı - Foto
Hindistan və Pakistan arasında savaş başlayıb.
 
Sfera.az xəbər verir ki, Hindistan  hərbi hava qüvvələrinə məxsus "Mirage-2000” təyyarələri Pakistan hava məkanına daxil olaraq, Cammu və Kəşmir vilayətində terror törədən "Ceyşul Muhammad” terror təşkilatının düşərgələrinə zərbə endirib.  
 
Məlumata əsasən, həyəcan siqnalı ilə havaya qalxan Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Hindistan hərbi təyyarələrini hava məkanından qovub. Hindistan HHQ-i təyyarələrində olan hərbi yükü atmağa məcbur olaraq, Pakistan hava məkanından çıxıb.   Hindistan HHQ-nin əməliyyatında yanacaqdolduran təyyarələr və PUA-ların iştirak etdiyi qeyd edilir.  
 
Xatırladaq ki, fevralın 14-də "Ceyşul Məhəmməd” adlı terror qruplaşması Hindistanın nəzarət etdiyi Cəmmu və Kəşmir vilayətinin cənubunda terror aktı törədərək, 50-ə yaxın hindistanlı hərbçinin ölümünə səbəb olub. Bu terror aktından sonra Hindistan Pakistanı ittham edib və iki ölkə arasında gərginlik artıb. 


OXŞAR XƏBƏRLƏR