“Instagram”ın ən məşhur qadını məlum oldu

“Instagram”ın ən məşhur qadını məlum oldu
Amerika müğənnisi Ariana Qrande "Instagram”ın qadınlar arasında ən məşhur üzvü olub.

Sfera.az xəbər verir ki, bu barədə "Qəzeta.ru” bildirib.

Məlumata görə, fevralın 25-də Qrandenin səhifəsinə 146,286 milyondan çox insan abunə olub. Onun ən yaxın rəqibi 146,267 milyon abunəçi ilə Selena Qomesdir.

Lakin kişilər arasında "daimi lider” qalmaqda davam edir. Futbolçu Kriştian Ronaldunun "Instagram”da 155 milyon abunəçisi var.


OXŞAR XƏBƏRLƏR