Erməni generaldan SƏRSƏM açıqlama: "Azərbaycan və Türkiyə bizi məhv etmək istəyir"

Erməni generaldan SƏRSƏM açıqlama:
"Biz nəhayət anlamalıyıq ki, istənilən güzəşt Ermənistan üçün tələ olacaq. Türkiyə ilə Azərbaycanın böyük maraqları var. Türkiyə Naxçıvanda baza yaratmaq istəyir. Bu təkcə Ermənistanı yox, həm də İranı hədəfə almaq üçün hazırlanan bir plandır”.

Bu sözləri Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevosyan bildirib.

"Mən diqqətlə danışıqlar prosessini izləyirəm .Bu gün hamı Qarabağ münaqişəsinin nizamlanmasında qarşılıqlı güzəştlərdən danışır. Deyək ki, biz düşmənimizə hansısa güzəştə gedib, bəzi əraziləri qaytardıq. Ancaq bu sülhlə nəticələnməyəcək. Azərbaycana imkan vercək ki, "Arçax” dövlətini məhv eləsin”- deyə Tadevosyan qeyd edib.
News12.az

OXŞAR XƏBƏRLƏR