“Biz Azərbaycandan sığınacaq istəyəcəyik”- 16 yaşlı Arsen Parsadyan

“Biz Azərbaycandan sığınacaq istəyəcəyik”-  16 yaşlı Arsen Parsadyan
Ermənistanın Syunik rayonunun Ağcakənd  kəndinin 16 yaşlı sakini Arsen Parsadyan ailə vəziyyəti ilə bağlı və onlara olan haqsızlıqla əlaqədar Azərbaycandan siyasi sığınacaq istəyəcəyini açıqlayıb.
 
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, anasının onları ataraq Belçikaya qaçmasından sonra atasının himayəsində qalan Parsadyan ailəsi 2018-ci ilə atalarının həbs edilməsindən sonra tək yaşamağa başlayıblar.
 
16 yaşlı Arsen Parsadyan nənələrinin himayəsində çətin şəraitdə yaşadıqlarını bu günə qədər dövlət orqanlarının onların şəraiti ilə yaxından maraqlanmadığını əsas gətirərək Azərbaycana keçməyə qərar verdiklərini açıqlayıb. Ailədə 10 və 4 yaşlı qardaş və bacısının günlərlə ac-susuz qaldığını bildirən Arsen kiçik qardaş və bacısı ilə birlikdə Azərbaycana keçəcəklərini açıqlayıb. 


OXŞAR XƏBƏRLƏR