\"Dayanın. Rusiyanın həmsədrliyinin buna nə dəxli var?!\"

\
Moskvada Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın ənənəvi brifinqində azərbaycanlı jurnalist Moskvada "Lazarev klubu” forumunun keçirilməsi barədə məlumat verib və bildirib ki, həmin tədbirdə Azərbaycanın işğal olunmuş ərazilərindən gəlmiş separatçıların təmsilçiləri iştirak edəcəklər.

Azərbaycanlı jurnalist Zaxarovaya ünvanladığı sualında Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladıb və forumda separatçıların iştirakını yolverilməz hesab etdiyini bildirib.

Buna cavab olaraq Mariya Zaxarova deyib: "Dayanın. Rusiyanın həmsədrliyinin buna nə dəxli var? Bu məsələləri sualınızda necə uzlaşdırırsınız? Görürsünüzmü, siz özünüz sualınızda elə şeyləri birləşdirirsiniz ki, bunları birləşdirmək lazım deyil. Şübhəsiz ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Eyni zamanda, Moskvada yüzlərlə müxtəlif mövzulu forumlar keçirilir. Əgər sizdə məlumat varsa ki, burada hansısa tərzdə rəsmi şəxslər iştirak edir, zəhmət olmasa, mənə bu məlumatı təqdim edin, aydınlaşdıraram. Məndə belə məlumat yoxdur”.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti tərəfindən tədbirlərin təşkil etməsi Rusiya qanunvericiliyində təsbit olunmuş məsələdir.Virtualaz

OXŞAR XƏBƏRLƏR

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...