Moskvada İdrisin idarə etdiyi avtobus Putinin iqamətgahına çırpıldı

Moskvada İdrisin idarə etdiyi avtobus Putinin iqamətgahına çırpıldı
Fevralın 21-də, səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin rəsmi iqamətgahı -Mayendorf malikanəsinin yerləşdiyi Barvixa qəsəbəsində avtobus qəzası baş verib.

23 yaşlı Çeçenistan vətəndaşının idarə etdiyi marşrut avtobusunun əyləc sistemində problem yaranıb və avtobus qəsrin darvazasına çırpılıb.

Dərhal xüsusi silahlandırılmış mühafizə dəstəsi tərəfindən mühasirəyə alınan sürücü yazılı ifadə verib. Araşdırmalardan sonra, adının İdris olduğu bildirilən sürücü evə buraxılıb. Hadisə zamanı avtobus boş olub.

"Rosbalt” xatırladır ki, Mayendorf malikanəsi Rusiya prezidentinin İşlər İdarəsinin balansındadır. Malikanədə rəsmi görüşlər keçirilir.

Yeri gəlmişkən, qeyd edək ki, 2008-ci il noyabrın 2-də Mayendorf malikanəsində Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deklarasiya imzalanıb və həmin sənəd "Mayendorf deklarasiyası” adını alıb.


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...