Türkiyədə 20-dən çox yeraltı təkan qeydə alınıb

Türkiyədə 20-dən çox yeraltı təkan qeydə alınıb
Türkiyənin Mərmərə bölgəsində, Çanaqqalada 5 bal gücündə zəlzələ baş verib.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb.

Məlumata görə, yeraltı təkanlardan ən güclüsü yerli vaxtla saat 22:42-də, 3,6 bal gücündə baş verib. Zəlzələnin dərinliyi 7,1 kilometr təşkil edib.

Yeraltı təkanlar Çanaqqala ilə yanaşı, digər bölgələrdə də hiss edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur. 


OXŞAR XƏBƏRLƏR