10 xüsusi təyinatlıdan inanılmaz əməliyyat: Terroçular məhv edildi
17:49 / 20.02.2019
2593
Əfqanıstan ordusunun 10 xüsusi təyinatlısı dünən qeyri-adi əməliyyat keçiriblər.
Sfera.az xəbər verir ki, xüsusi helikopterlə ölkənin şərqində yerləşən Nənqahar vilayətinə atılan 10 xüsusi təyinatlı keçirdikləri əməliyyat zamanı 9 "Taliban” üzvünü, o cümlədən 5 komandirini məhv ediblər. Daha 21 talibançı isə ələ keçirilib.
Əməliyyat ötən gecə Xoqyani rayonunda həyata keçirilib. Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi Nənqahar vilayətində öldürülən yerli "Taliban” komandirlərinin adlarını açıqlayıb. Bunlar Əsanulla Motmain, Loğman, Kari, Səlahuddin və Zərkavi adlı şəxslərdir.