İş adamı arvadının xilası üçün pul vermədi - Cəsədini parçalayıb...

İş adamı arvadının xilası üçün pul vermədi - Cəsədini parçalayıb...
Meksikanın Koatzakoalkos şəhərində dəhşətli cinayət hadisəsi olub.
 
Sfera.az türk mediasına istinadən xəbər verir ki, iş adamı Luis Manrikuezin arvadı Susana Karrera qaçırılıb və qarşılığında ondan pul istənilib.
 
200 min dollar verilməsə qadını öldürəcəyi ilə hədələyiblər. Ancaq əri pulu vermədiyi üçün 2 uşaq anası öldürülüb. Qadının üstündə "ərim girov pulu vermədiyi üçün öldürüldüm” yazısı da olub. Qadının cəsədi parçalara ayrılmış şəkildə şəhərin bir neçə bölgəsinə atılıb.
 
Qeyd edək ki, Meksika son illər adam qaçırma cinayətləri üzrə dünyanın öndə gedən ölkələrindəndi. Sadəcə adıçəkilən cinayətin baş verdiyi şəhərdə 2018-ci ildə 49 adam qaçırma cinayəti baş verib.

OXŞAR XƏBƏRLƏR