Logo

Türkiyədə yeni parlament sədri bu tarixdə seçiləcək

Türkiyədə yeni parlament sədri bu tarixdə seçiləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədrinin seçiləcəyi tarix açıqlanıb.

Yeni spiker fevralın 24-də parlament üzvləri arasında səsvermə yolu ilə seçiləcək.

Yeni seçilmiş sədr TBMM-in 29-cu spikeri olacaq.

Qeyd edək ki, Türkiyə parlamentinin spikeri Binəli Yıldırım İstanbul bələdiyyəsinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə əlaqədar ötən gün istefa verib.

B.Yıldırımı parlamentdə müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından deputat Cəlal Adan əvəz edəcək.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR