Sabiq erməni nazirdən şok açıqlama: \"Qətliam barədə gizli əmr verildi\"

Sabiq erməni nazirdən şok açıqlama: \
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci il martın 1-də İrəvanda 10 nəfərin öldürülməsi ilə yadda qalmış hadisələrdən danışıb.

 Ohanyan dönəm rəhbərliyinin dinc aksiyalarda iştirak edən insanlara odlu silahlardan atəş açmaq əmrinə haqq qazandırıb.

O, hazırkı Ermənistan hakimiyyətinin 11 il əvvəl baş vermiş hadisələrdən öz maraqları üçün istifadə etdiyini də sözlərinə əlavə edib:

"Ermənistan rəhbərliyinin məsələyə yanaşması obyektiv deyil. Bu hakimiyyət çevrələrində radikallıqla müzakirə edilir. Hesab edirəm ki, həmin vaxt verilmiş gizli əmr (0038, 0037, 0036 saylı əmrlər) qanunlar çərçivəsində verilib”.

Seyran Ohanyan dönəmin müdafiə naziri Mikael Arutyunyan tərəfindən imzalanmış əmrdən bir qeydi də xatırladıb:

"Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş konstitusion səlahiyyət... Qənaətimə görə, Mikael Arutyunyan bu addımı dövlət sərhədlərini mühafizə və daxili təhlükəsizliyi təmin etmək üçün atıb. Əmr qeyri-qanuni deyildi, yazılmışdı və dolayısı ilə heç kəsdən gizlədilmədi. Bu sənədlə, təxminən 1000 nəfər tanış olmuşdu”.

O, həmin dönəmdə ölkə prezidenti olan Robert Köçəryanla da bağlı fikirlər səsləndirib:

"O vaxt mediaya görə, Köçəryan 0038 əmrinin verilməsindən xəbərsiz olan komandan idi. Arutyunyana görə isə bu əmr xalqa qarşı çevrilməmişdi və qanunsuz deyildi”.

Qeyd edək ki, məlum hadisələrdə təqsirləndirilən Seyran Ohanyana qarşı cinayət işi açılıb.

Əlavə edək ki, 2008-ci il martın 1-də İrəvanda hakimiyyət əleyhinə keçirilmiş dinc aksiyalarda 10 nəfər həlak olub. Qırğına səbəb olan əmri imzalamaq ittihamı ilə barəsində cinayət işi açılmış Robert Köçəryan həbs edilib.Teleqraf

OXŞAR XƏBƏRLƏR