Tramp fövqəladə vəziyyət elan edəcək

Tramp fövqəladə vəziyyət elan edəcək
ABŞ prezidenti Donald Tramp dövlət büdcəsini imzalayacaq və sərhəddə (Meksika ilə - red.) fövqəladə vəziyyət elan edəcək.

Bunu Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Onun sözlərinə görə, bununla milli təhlükəsizlik böhran və humanitar böhrana son qoyacaq.

 

S.Sanders deyib: "Prezident yenidən divarı tikmək, sərhədi qorumaq və ölkəmizin təhlükəsizliyini təmin etmək barədə verdiyi sözü yerinə yetirir".

Qeyd edək ki, razılaşdırılmış büdcə divarın tikilməsinə Trampın tələb etdiyi 5.7 milyard dollar əvəzinə cəmi 1,4 milyard dolların ayrılmasını nəzərdə tutur.


OXŞAR XƏBƏRLƏR