“Rusiya Ermənistana qarşı bütün çirkli işləri ermənilərin əliylə görür” – Təhlil

“Rusiya Ermənistana qarşı bütün çirkli işləri ermənilərin əliylə görür” – Təhlil
Lragir.am (Ermənistan), 14.02.2019

Rusiyanın "Raşa tudey” teleşirkətinin direktoru Marqarita Simonyan Vladimir Solovyovun tok-şousunda Amerikanın inqilab texnolgiyalarından danışaraq Ermənistandakı aprel inqilabını bu sırada sadalayıb. Hətta Ermənistan və ABŞ-ı Rusiyaya inqilab ixrac etmək niyyətində ittiham edərək qeyd edib ki, İrəvanda indi belə bir iş aparılır.

Rusiyada durum daxili və xarici problemlərin bütün kompleksi üzrə qəlizləşir, paralel olaraq Rusiya təbliğatı şovinizm və əyalətçilik boyasına bürünərək getdikcə qəhvəyiləşir.

Hər şeyin mərkəzində ABŞ-dır, axı Putin özünə başqa rəqib seçə bilməyib, qalanları olduqca kiçikdirlər. Rusiyanın siyasəti indi bu sxem üzrə qurulur və məqsədi korrupsiyalaşmış milyadrelərin hakim rejiminin varlığını uzatmaqdır.

Rusiya bunun xatirinə, məsələn, Türkiyənin arabir dümsük və həqarətlərinə dözməyə hazırdır. Türklər Rusiya hakimiyyətinin məğzini çox gözəl görürlər – antiamerikaçı sayılmaq bəs edər və ruslar hər şeyə – vurulan təyyarəyə, səfirin öldürülməsinə, Suriya torpaqlarının işğalına və s.-ə tab gətirməyə hazırdırlar.

Amma təbliğata qayıdaq. Özəlliklə Ermənistan yönündə gərəkən  hər şeyi edən ermənilər, ya da erməni soyadlı adamlar, Lazaryev klubundan hansısa adamlar buna fəal cəlb olunublar. Belə inandırıcıdır.

Bu, özəlliklə Rusiya-Türkiyə münasibətləri hissəsi üzrə önəmlidir. Məsələ burasındadır ki, Türkiyə istiqaməti Rusiya üçün təkcə xarici siyasətdə deyil, həm də daxili-siyasi məsələlərdə əsasdır. Türkiyə istiqamətinə artıq Rusiyanın parçalanmasından yayınmaq vasitəsi kimi baxılır və istisna deyil ki, Ermənistan öz problemlərilə əngəl sayılır. Və Ermənistanın "Amerika sui-qəsdinin bir hissəsi” kimi təqdim edilməsi bu məntiqə tamamilə sığır.

Ermənistana qarşı yüz il qabaq əsasən erməni bolşeviklərinin ağzıyla həyata keçirilən siyasət və piar, habelə ardınca gələn Rusiya-Türkiyə sazişləri yada düşür. Həm onda, həm də indi ən çirkin iş ələ alınmış erməni soyadlı piarçıların əliylə görülür.

Marqarita Simonyan və onun kimiləri, məsələn, 1921-ci il Rusiya-Türkiyə müqaviləsinə yenidən baxılması və ya Rusiya ermənilərinin siyasi subyektliliyi haqda məsələ qaldıra bilərlərmi?

Tərcümə Strateq.az-ındır.  

OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...