“Erməni ordusunda ölümlər bilə-bilə gizlədilir ”- Əsgər anası

“Erməni ordusunda ölümlər bilə-bilə gizlədilir ”- Əsgər anası
Yeni il gecəsi Ermənistan ordusunun hərbçisi Edqar Qriqoryan öldürülüb. Sfera.az xəbər verir ki, erməni ordusunun müqaviləli əsgəri 3 uşaq atası Edqar Qriqoryanın öldürülməsi artıq təsdiqini tapıb.
 
Bunu Qriqoryanın  anası mətbuata açıqlayıb:”Artıq iki aya yaxındır ki, oğlumun ölümü ilə bağlı müraciət edirəm. Amma oğlumun ölümünün səbəbini mənə izah etmirlər hətta Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayanla nazir Tonoyanla da görüşdüm. Bu ölüm faktını mənə izah edə bilmədilər. Mən isə özüm araşdırmışam. Son iki ay ərzində Qarabağda 10 qədər əsgər müəmmalı şəkildə ölüb. Biz əsgər anaları bunu bilirik. Amma nazirlik bunu bilmir. Onlar bilə-bilə bu ölümləri gizlədirlər. Mənim oğlum da öz komandiri tərəfindən öldürülüb.” 
 
Müdafiə naziri David Tonoyan "Azatutyun" radiosunun sualını cavablandıraraq belə deyib: "Müdafiə Nazirliyi əsgərlərin ölümünə dair məlumatları gizlətmir. İndi istintaq aparılır. " 
 
İstintaq Komitəsinin rəhbəri  Naira Harutyunyan "Azatutyun" radiosuna bildirib ki, cinayət işi üzrə heç kim hələ də ittiham olunmayıb. 
Bu fakt onu göstərir ki, erməni ordusunda əsgər ölümlə bilə-bilə gizlədilir. 


OXŞAR XƏBƏRLƏR