Logo

Polis polkovnikinin rütbəsi alındı - 5 il həbs

Polis polkovnikinin rütbəsi alındı - 5 il həbs
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yakutiya Daxili İşlər Nazirinin sabiq müavini Nikolay Mamçur cəzasını ümumi rejimli kolonda çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə "Moskovskiy komsomolet” nəşri material dərc edib.

Rusiyanın İstintaq Komitəsinin mətbuat xidmətinə istinadla dərc edilmiş məlumatda deyilir ki, yüksək vəzifəli polis məmuru tabeçiliyində xidmət edən 24 yaşlı xanıma təcavüz edib.

Nazir müavini ifadəsində qeyd edib ki, hadisə vaxtı içkili olub. O, öz işçisinə təcavüz etmək istəyini təsdiqləsə də, qeyd edib ki, məqsədinə nail ola bilməyib – qız əlindən qaça bilib.

Mamçur bu hərəkətinə görə polkovnik rütbəsindən məhrum edilib və məhkəmə zalındaca həbs olunub.Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR