Logo

ABŞ admiralı Rusiyaya “hücuma keçməyə” çağırdı

ABŞ admiralı Rusiyaya “hücuma keçməyə” çağırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının komandanı, admiral Con Riçardson Amerika hakimiyyətini Rusiyaya "hücuma keçməyə” çağırıb. Bu barədə "Business İnsider” yazır.

Məlumata görə admiral bu barədə Atlantik Şurasında çıxışı zamanı deyib. NATO-nun keçmiş baş katibi Aleksandr Verşbou Riçardsondan Rusiyanın əsas dəniz yollarını ələ keçirməsinə qarşı ABŞ-ın nə edə biləcəyi haqda soruşub. "Biz birinci zərbə endirməliyik”-Riçardson bildirib.

Admiral deyib ki, Amerika tərəfi təkcə Rusiya və Çin kimi ölkələrin addımlarına necə cavab vermək barədə düşünməli deyil, özü birinci təzyiq etməlidir. Onun sözlərinə görə, rusları ABŞ-ın "birinci addımlarına” cavab verməyə məcbur etmək lazımdır.

"Zərbəni birinci endirməyin vaxtı çatıb. Vaxtaşırı olaraq şahmat taxtasının ağ tərəfində oynamaq üstünlüyə çevrilir”-o bildirib. Riçardson təsdiq edib ki, Rusiya Azov dənizini blokadaya alıb və Şərqi Aralıq dənizində hərbi iştirakını artırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR