Logo

Gürcüstanda "donuz qripi"ndən ölənin biri də artdı

Gürcüstanda "donuz qripi" ndən ölənin biri də artdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.

"Report”un verdiyi xəbərə görə, yüksək risk qrupuna daxil olan həmin şəxs xəstəxanada müalicə alıb.

Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun "donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. Ölüm faktlarının 8-i Acarıstan MR-in payına düşür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR