Logo

Rusiyanın Türkiyəyə verəcəyi "S-400"lər haqda xəbər var

Rusiyanın Türkiyəyə verəcəyi "S-400"lər haqda xəbər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya 2019-cu ilin payızına qədər Türkiyəyə "S-400" hava hücumundan müdafiə sistemlərini çatdıracaq.

Bu barədə Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqaev "Kommersant" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, müqavilə həmçinin texnoloji əməkdaşlığı da əhatə edir.

Federal Xidmət direktoru deyib ki, Rusiya tərəfi texnikanın birgə işlənib hazırlanması çərçivəsində qarşı tərəfə maraqlı olan layihələr üzrə konkret həllər təklif etməyə hazırdır.

Qeyd edək ki, Türkiyə dörd "S-400" divizionu əldə edəcək, müqavilənin məbləği 2,5 milyard dollar təşkil edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR